RU

Avstraliyada 2050-ci ilə qədər azı 1,5 milyon insan su səviyyəsi yüksək bölgələrdə yaşayacaq

Avstraliyada 2050-ci ilə qədər azı 1,5 milyon insan su səviyyəsi yüksək bölgələrdə yaşayacaq

Avstraliya hökuməti tərəfindən hazırlanmış hesabatda bildirilir ki, 2050-ci ilə qədər ölkənin sahilboyu ərazilərində 1,5 milyondan artıq insan dəniz səviyyəsinin yüksək olduğu bölgələrdə yaşayacaq.

İctimaiyyəti maarifləndirmək məqsədilə hökumət tərəfindən yayımlanan ilk “Milli İqlim Risklərinin Qiymətləndirilməsi” adlı hesabatda ölkə miqyasında hazırda mövcud olan və gələcəkdə baş verəcəyi proqnozlaşdırılan iqlim dəyişikliyi mənşəli təhlükələr araşdırılıb.

Hesabatda qeyd olunub ki, iqlim dəyişikliyi səbəbindən Avstraliya daha tez-tez və daha şiddətli hava hadisələri ilə üzləşir. Gələcəkdə isə bəzi fəlakətlər əvvəllər baş vermədiyi bölgələrə də yayılacaq.

Sahilboyu “yüksək” və “çox yüksək” riskli zonalarda yaşayan əhalinin artacağı vurğulanaraq, 2050-ci ilə qədər bu ərazilərdə 1,5 milyondan çox insanın yüksək dəniz səviyyəsi təhlükəsi altında yaşayacağı bildirilib.

Hesabatda həmçinin qeyd olunub ki, daşqınlar, meşə yanğınları və zəif hava keyfiyyəti sağlamlıq problemlərini daha da dərinləşdirəcək, temperaturun artması isə insan itkilərinin çoxalmasına səbəb olacaq.

Şiddətli fəlakətlərin böyük maliyyə itkilərinə yol aça biləcəyi də diqqətə çatdırılıb. Əgər istixana qazı emissiyaları azaldılmasa, 2030-cu ilə qədər ümumi ziyanın 571 milyard Avstraliya dollarına çatacağı vurğulanıb.

Избранный
32
afn.az

1Источники