ABŞ-nin energetika naziri Kris Rayt bildirib ki, İranın nüvə proqramı, o cümlədən uranın zənginləşdirilməsi və plutonium emalı üzrə bütün obyektlər tamamilə ləğv edilməlidir.
Adalet.az-ın "Reuters"ə istinadən verdiyi məlumata görə, o, bunu Vyanada Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) illik konfransında deyib.
"Əgər bu əvvəllər kifayət qədər aydın olmayıbsa, ABŞ-nin İranla bağlı mövqeyini təkrarlayıram. İranın silah yaratmağa aparan nüvə yolu, o cümlədən uranın zənginləşdirilməsi və plutonium emalı üzrə bütün obyektlər tamamilə ləğv edilməlidir", - K.Rayt vurğulayıb.