RU

YAP Səbail rayon təşkilatında QHT-lərlə görüş keçirilib - FOTOLAR

"Konstitusiya və Suverenlik ili" çərçivəsində Möhtərəm Prezident İlham Əliyevin qlobal əhəmiyyətli xarici siyasətinin işıqlandırılmasında (QHT)-lərin rolu mövzusunda Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatında Qeyri-Hökumət Təşkilatları ilə görüş keçirilib.

QHT.az xəbər verir ki, görüşdə “Prezident İlham Əliyevin qlobal əhəmiyyətli xarici siyasətinin işıqlandırılmasında (QHT)-lərin rolu” mövzusunda müzakirə aparılıb.

Tədbiri açan YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev QHT-lərin cəmiyyətin inkişafındakı rolu və ictimai təşkilatlarla əməkdaşlığın əhəmiyyəti barədə danışıb. M.Nağıyev eyni zamanda gələcəkdə daha sıx və faydalı əlaqələrin qurulması istiqamətində fikirlərini bölüşüb. Azərbaycanın sürətlə inkişaf etdiyini vurğulayan M.Nağıyev diqqətə çatdırıb ki, xüsusilə Azərbaycan tarixi qələbədən və suverenliyini tam bərpa edəndən sonra yeni hədəflər müəyyənləşdirib: “Son illər həmçinin iqtisadiyyat, infrastruktur layihələri, təhsil, səhiyyə və digər sahələrdə də əhəmiyyətli irəliləyişlər əldə edilib. Bu da aparılan düzgün siyasətin nəticəsidir”.

M.Nağıyev onu da bildirib ki, Azərbaycanın beynəlxalq siyasi arenada mövqeyi güclənib, manevr imkanları genişlənib: “Azərbaycan cənab Prezidentin liderliyi ilə müxtəlif regionlarda mühüm siyasi və iqtisadi əlaqələrini genişləndirib və yeni əlaqələr qurub. Sülh prosesi istiqamətində ciddi addımlar atılıb. Vaşinqtonda imzalanan üçtərəfli Bəyannamə tarixi uğurdur və Azərbaycanın bütün şərtləri həm Ermənistan, həm də ABŞ tərəfindən qəbul edilib...”.

Tədbirdə eyni zamanda Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, "Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin" sədri İlqar Orucov, Bakı İctimai Əməkdaşlıq Mərkəzinin sədri Rauf Zeyni, "Xüsusi Təyinatlıların qaziləri, şəhid ailələri Azərbaycan Respublikası Şəhid Ailələri, Əlillər və Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyinin müavini Şirinov Ramin

və veteranları" ictimai Birliyin sədri Bəhruz Məmmədzadə, "Gənc Vətənpərvərlər" İctimai Birliyinin sədri Müqamət Əliyev, “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə, Demokrat.az saytının Baş redaktoru Vasif Həsənli, "İnkişafa və islahatlara Dəstək" İctimai Birliyin sədri Ramil Əliyev və digərləri çıxış edərək, öz fikirlərini bölüşüblər.

Избранный
12
3
qht.az

4Источники