RU

“Sponsorsuzluq şəraitində gənclərə güvənmək məcburiyyətindəyik”

ain.az, futbolpress-az saytına istinadən bildirir.

“Araz Saatlı” II Liqanın II turunda “Şəki”yə böyük hesabla uduzub – 0:12.

Klubun rəhbəri Ədalət Abdullayev “Futbolpress.az“a açıqlamasında nəticəni şərh etdi:

“Əslində həm gözlənilən, həm də gözlənilməz oldu. Bir tur öncə 5 saatlıq yoldan sonra “Göygöl”ə qarşı layiqli mübarizə aparmış, uzaq səfərdən 1 xalla dönmüşdük. Evdə daha yaxşı oynayıb, rəqibdən xal qoparacağımızı düşünürdük. Amma, hər şey əksinə, oldu. Oyuna qədər aparıcı futbolçumuz, komandanın kapitanı Həmzə Əliyevin xəstələnməsi böyük ölçüdə planlarımızı pozdu. Oyuna gəldikdə, bildiyiniz kimi, bu mövsüm yerli baş məşqçi və gənc futbolçularla yola çıxmışıq. Heyət daha çox 15,16,17 yaşlı futbolçulardan formalaşdırılıb”.

Funksioner sponsorsuz mübarizə aparmağın çətinliyindən söz açdı:

“Sponsorsuzluq şəraitində gənclərə güvənmək və onlara inanmaq məcburiyyətindəyik. İlk dəqiqələrdə buraxdımız qol və qollar toparlanmağımıza mane oldu. Belə də, ağır məğlubiyyət qaçılmaz oldu. Ən böyük təəssüf doğuran məqam isə, oyunun bazar günü keçirilməsinə baxmayaraq, tribunaların boş olması idi. Oyunların həftə içi keçirilməsindən narazı olan, Elşən Atakişiyevin təyinatını iki əlli alqışlayanlar tribuna da yox, yenə onlara çoxdan doğmalaşmış sosial şəbəkələrdə boy göstərirlər. Təsəvvür edirsiz, bazar günü keçirilən oyuna yalnız 44 bilet satılır. Stadiona da toplaşan azarkeşlər 90 dəqiqə ərzində bir dəfə də olsun, o meydandakı azyaşlı balalarımızı, alqışlamırlar ki, onlar özündə güc tapıb, bu ağır psixoloji durumdan çıxsınlar. Elə sizin vasitənizlə, klubumuza, bilet, forma, şarf alıb, bu və ya digər şəkildə dəstək olan azsaylı məsuliyyətli azarkeşlərimizdən bu ağır məğlubiyyətə görə üzr istəyirik. Və onlara bu ağır və keşməkeşli yolda yanımızda olduqları üçün öz minnətdarlığımızı bildiririk”.

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
12
futbolpress.az

1Источники