Bakı. Trend:
Silk Way West Airlines şirkəti böyüməkdə olan geniş gövdəliBoeing təyyarə parkını dəstəkləmək məqsədilə GE Aerospace iləxidmət müqaviləsinin uzadılması barədə elan ediblər. Müqaviləyəəsasən beş GEnx-2B ilə işləyən 747-8 yük təyyarəsinə, altı ədədGE90-115B ilə işləyən 777 yük təyyarəsinə və sayı dördə çatan GE9Xilə çalışan 777-8 yük təyyarəsinə xidmətin göstərilməsi nəzərdətutulur.
2021-2022-ci illərdə Silk Way West Airlines donanmasınınmodernləşdirilməsi strategiyası çərçivəsində Boeing 777 və Boeing777-8 yük təyyarələrinin alışını elan etmişdi. Aviaşirkətin illikyük dövriyyəsi 500,000 tonu ötür və marşrut şəbəkəsi Avropa, MDB,Yaxın Şərq, Mərkəzi və Şərqi Asiya, həmçinin Amerika qitələriniəhatə edən 40-dan çox istiqaməti əhatə edir.
Silk Way West Airlines şirkətinin Əməliyyatlar üzrə BaşDirektoru Onno Pietersma deyib: “Bu əməkdaşlığın uzadılmasını elanetməkdən məmnunuq. Bu addım uzunmüddətli davamlı inkişafstrategiyamızın həyata keçirilməsinə kömək edəcək və dəyərlimüştərilərimizə göstərdiyimiz xidmətləri davamlı olaraqtəkmilləşdirməyimizə imkan yaradacaq.”
GE Aerospace şirkətinin Kommersiya Mühərrikləri və Xidmətləriüzrə Prezidenti və Baş İcraçı Direktoru Rassel Stouks bildirib:
“Silk Way West Airlines ilə münasibətlərimizi donanmanınmodernləşdirilməsi mərhələsində daha da inkişaf etdirməkdən qürurduyuruq. GE Aerospace-in geniş gövdəli mühərrikləri aviasiyatexnologiyasının zirvəsini təmsil edir, əməliyyat xərcləriniazaltmaq və ətraf mühitə təsiri minimuma endirmək üçün nəzərdətutulub.”
GE9X mühərriki dünyanın ən güclü kommersiya təyyarə mühərrikidirvə öz sinfində ən yüksək yanacaq səmərəliliyinə malikdir. YalnızBoeing 777X ailəsinə (777-9 və 777-8) tətbiq olunan GE9X əvvəlkinəsil mühərriklərlə müqayisədə 10% daha yaxşı yanacaq sərfiyyatıtəmin edir.
2011-ci ildə istifadəyə verildiyi vaxtdan etibarən GEnx mühərrikailəsi 62 milyon uçuş saatından çox fəaliyyət göstərib. Bu mühərrikindiyədək GE Aerospace-in ən sürətlə satılan, yüksək itələmə gücünəmalik mühərriki hesab olunur və hazırda xidmətdə və sifarişdə,ehtiyat mühərriklər də daxil olmaqla, 3 600-dən çox mühərrikmövcuddur.
1990-cı ildə buraxılmış GE90 mühərriki GE Aerospace şirkətinin45 ton (100 min funt) güc sinfindəki ilk mühərrikidir və son 25ildə texnoloji cəhətdən ən inkişaf etmiş kommersiya turbofanmühərriki hesab edilib. Bu mühərrik ilk dəfə kompozit fanqanadlarından və 3D çap texnologiyası ilə hazırlanmış hissədənistifadə edən kommersiya mühərriki olmuşdur.
Bu gün bütün GE Aerospace kommersiya mühərrikləri DayanıqlıAviasiya Yanacağı (SAF) qarışıqları ilə işləmək üçünsertifikatlaşdırılıb.
Silk Way West Airlines haqqında
2012-ci ildə İpək Yolunun mərkəzində yerləşən Bakıda təsisedilmiş Silk Way West Airlines şirkəti Heydər Əliyev BeynəlxalqHava Limanında xüsusi Boeing 777F, 747-8F və 747-400F təyyarələriilə bütün dünya üzrə hər ay yüzlərlə uçuş həyata keçirir.Aviaşirkətin illik yük dövriyyəsi 500,000 tonu ötür və marşrutşəbəkəsi Avropa, MDB, Yaxın Şərq, Mərkəzi və Şərqi Asiya, həmçininAmerika qitələrində 40-dan çox istiqaməti əhatə edir.
GE Aerospace haqqında
GE Aerospace qlobal aviasiya mühərrikləri, xidmətləri vəsistemləri üzrə liderdir və təxminən 45000 kommersiya, 25000 hərbitəyyarə mühərrikindən ibarət bazanı idarə edir. Dünyanın müxtəlifölkələrində fəaliyyət göstərən təxminən 53000 əməkdaşı və yüz ildənartıq innovasiya təcrübəsi ilə GE Aerospace aviasiyanın gələcəyiniyaratmağı, insanları səmaya qaldırmağı və onların təhlükəsizdönüşünü təmin etməyi öz öhdəsinə götürür. GE Aerospace vətərəfdaşları barədə daha ətraflı məlumatı www.geaerospace.com saytında əldəetmək olar.