RU

"Silk Way West Airlines" "GE Aerospace" ilə xidmət müqaviləsini uzadır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Silk Way West Airlines" şirkəti böyüməkdə olan irigövdəli "Boeing" təyyarə parkını dəstəkləmək məqsədilə "GE Aerospace" ilə xidmət müqaviləsinin uzadılması barədə elan ediblər. Müqaviləyə əsasən beş "GEnx-2B" ilə işləyən "Boeing 747-8" yük təyyarəsinə, altı ədəd "GE90-115B" ilə işləyən 777 yük təyyarəsinə və sayı dördə çatan "GE9X" ilə çalışan 777-8 yük təyyarəsinə xidmətin göstərilməsi nəzərdə tutulur.
2021-2022-ci illərdə "Silk Way West Airlines" donanmasının modernləşdirilməsi strategiyası çərçivəsində "Boeing 777" və "Boeing 777-8" yük təyyarələrinin alışını elan etmişdi. Aviaşirkətin illik yük dövriyyəsi 500 000 tonu ötür və marşrut şəbəkəsi Avropa, MDB, Yaxın Şərq, Mərkəzi və Şərqi Asiya, həmçinin Amerika qitələrini əhatə edən 40-dan çox istiqaməti əhatə edir.
"Bu əməkdaşlığın uzadılmasını elan etməkdən məmnunuq. Bu addım uzunmüddətli davamlı inkişaf strategiyamızın həyata keçirilməsinə kömək edəcək və dəyərli müştərilərimizə göstərdiyimiz xidmətləri davamlı olaraq təkmilləşdirməyimizə imkan yaradacaq", - deyə "Silk Way West Airlines" şirkətinin Əməliyyatlar üzrə baş direktoru Onno Pietersma bildirib.
"Silk Way West Airlines ilə münasibətlərimizi donanmanın modernləşdirilməsi mərhələsində daha da inkişaf etdirməkdən qürur duyuruq. GE Aerospace-in geniş gövdəli mühərrikləri aviasiya texnologiyasının zirvəsini təmsil edir, əməliyyat xərclərini azaltmaq və ətraf mühitə təsiri minimuma endirmək üçün nəzərdə tutulub", - "GE Aerospace" şirkətinin Kommersiya mühərrikləri və xidmətləri üzrə prezidenti və baş icraçı direktoru Rassel Stouks əlavə edib.
"GE9X" mühərriki dünyanın ən güclü kommersiya təyyarə mühərrikidir və öz sinfində ən yüksək yanacaq səmərəliliyinə malikdir. Yalnız "Boeing 777X" ailəsinə (777-9 və 777-8) tətbiq olunan "GE9X" əvvəlki nəsil mühərriklərlə müqayisədə 10% daha yaxşı yanacaq sərfiyyatı təmin edir.
2011-ci ildə istifadəyə verildiyi vaxtdan etibarən "GEnx" mühərrik ailəsi 62 milyon uçuş saatından çox fəaliyyət göstərib. Bu mühərrik indiyədək "GE Aerospace"in ən sürətlə satılan, yüksək itələmə gücünə malik mühərriki hesab olunur və hazırda xidmətdə və sifarişdə, ehtiyat mühərriklər də daxil olmaqla, 3 600-dən çox mühərrik mövcuddur.
1990-cı ildə buraxılmış "GE90" mühərriki "GE Aerospace" şirkətinin 45 ton (100 min funt) güc sinfindəki ilk mühərrikidir və son 25 ildə texnoloji cəhətdən ən inkişaf etmiş kommersiya turbofan mühərriki hesab edilib. Bu mühərrik ilk dəfə kompozit fan qanadlarından və 3D çap texnologiyası ilə hazırlanmış hissədən istifadə edən kommersiya mühərriki olmuşdur.
Bu gün bütün "GE Aerospace" kommersiya mühərrikləri Dayanıqlı Aviasiya Yanacağı (SAF) qarışıqları ilə işləmək üçün sertifikatlaşdırılıb.
"Silk Way West Airlines" haqqında
2012-ci ildə İpək Yolunun mərkəzində yerləşən Bakıda təsis edilmiş "Silk Way West Airlines" şirkəti Heydər Əliyev Beynəlxalq Hava Limanında xüsusi "Boeing 777F", 747-8F və 747-400F təyyarələri ilə bütün dünya üzrə hər ay yüzlərlə uçuş həyata keçirir. Aviaşirkətin illik yük dövriyyəsi 500 000 tonu ötür və marşrut şəbəkəsi Avropa, MDB, Yaxın Şərq, Mərkəzi və Şərqi Asiya, həmçinin Amerika qitələrində 40-dan çox istiqaməti əhatə edir.
"GE Aerospace" haqqında
"GE Aerospace" qlobal aviasiya mühərrikləri, xidmətləri və sistemləri üzrə liderdir və təxminən 45 000 kommersiya, 25 000 hərbi təyyarə mühərrikindən ibarət bazanı idarə edir. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən təxminən 53 000 əməkdaşı və yüz ildən artıq innovasiya təcrübəsi ilə "GE Aerospace" aviasiyanın gələcəyini yaratmağı, insanları səmaya qaldırmağı və onların təhlükəsiz dönüşünü təmin etməyi öz öhdəsinə götürür. "GE Aerospace" və tərəfdaşları barədə daha ətraflı məlumatı www.geaerospace.com saytında əldə etmək olar.
Избранный
16
7
oxu.az

9Источники