RU

Bu cür təşkilatlar bir soyqırımı normallaşdırmamalıdır”

ain.az, Operativ MM portalına istinadən məlumat yayır.

İspaniyanın Mədəniyyət Naziri Ernest Urtasun İsrailin Qəzzədə soyqırım törətdiyini və bu səbəblə "Eurovision" Mahnı Müsabiqəsindən kənarlaşdırılmaması halında İspaniyanın da yarışmada iştirak etməməli olduğunu bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Urtasun İspaniya dövlət radiosu RNE-yə verdiyi açıqlamada, İsrailin 2026 "Eurovision" Mahnı Müsabiqəsinə qatılmasından narahat olduğunu ifadə edərək deyib:

“İrlandiya, Sloveniya, İslandiya və Niderlandın etdiyi kimi, əgər İsraili yarışmadan kənarlaşdıra bilməsək, İspaniya da qatılmamalıdır. Mədəni və idman fəaliyyətləri soyqırımı haqq qazandırmamalıdır. Bu cür təşkilatlar bir soyqırımı normallaşdırmamalıdır”, - o bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
13
1
operativmm.az

2Источники