RU

Azərbaycan kuboku: Qarabağ ın rəqibi bəlli oldu

sport24.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Həndbol üzrə Azərbaycan Kubokunun 2025/2026 mövsümünün püşkü atılıb. Sport24.az xəbər verir ki, ümumilikdə 6 qadın ("Azəryol", "Bakı", "İdman Akademiyası", "Kür", "Qarabağ", "Təhsil") və eyni sayda kişi ("Azəryol", "Bakı", "Dinamo", "Kür", "Qarabağ", "Təhsil") komandaların qatılacağı yarışa 1/4 finaldan start veriləcək.

Bu mərhələdə kişilərin yarışında "Qarabağ" "Azəryol"la, "Təhsil" "Dinamo" ilə üz-üzə gələcək. Qadınların mübarizəsində isə "Təhsil" – "Qarabağ" və "İdman Akademiyası" – "Bakı" matçları keçiriləcək. Qeyd edək ki, ötən mövsümün finalçıları turnirin yarımfinal mərhələsinə vəsiqə qazanıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
27
10
sport24.az

10Источники