AZ

Həndbol üzrə Azərbaycan Kubokunda yeni mövsümün püşkü atılıb

Bakı, 15 sentyabr, AZƏRTAC

Həndbol üzrə Azərbaycan Kubokunda yeni mövsümün püşkü atılıb.

AZƏRTAC xəbər verir ki, ümumilikdə 6 qadın (“Azəryol”, “Bakı”, “İdman Akademiyası”, “Kür”, “Qarabağ”, “Təhsil”) və eyni sayda kişi (“Azəryol”, “Bakı”, “Dinamo”, “Kür”, “Qarabağ”, “Təhsil”) komandalarının qatılacağı yarışa 1/4 final mərhələsindən start veriləcək. Kişilərin yarışında “Qarabağ” “Azəryol”la, “Təhsil” “Dinamo” ilə üz-üzə gələcək. Qadınların mübarizəsində isə “Təhsil” - “Qarabağ” və “İdman Akademiyası” - “Bakı” matçları keçiriləcək.

Qeyd edək ki, ötən mövsümün finalçıları turnirin 1/2 final mərhələsinə vəsiqə qazanıblar.

Seçilən
17
7
azertag.az

10Mənbələr