AZ

Azərbaycan kubokunun püşkü atılıb

ain.az bildirir, Idman.biz portalına istinadən.

Həndbol üzrə Azərbaycan kubokunun 2025/2026 mövsümünün püşkü atılıb.

Həndbol Federasiyasından İdman.biz-ə verilən məlumata görə, yarışda 6 qadın - "Azəryol", "Bakı", "İdman Akademiyası", "Kür", "Qarabağ", "Təhsil" və eyni sayda kişi - "Azəryol", "Bakı", "Dinamo", "Kür", "Qarabağ", "Təhsil" komandaları mübarizə aparacaq.

Mövsümə 1/4 finaldan start veriləcək. Kişi həndbolçuların yarışında "Qarabağ" "Azəryol"la, "Təhsil" "Dinamo" ilə üz-üzə gələcək. Qadınların mübarizəsində isə "Təhsil" - "Qarabağ" və "İdman Akademiyası" - "Bakı" matçları keçiriləcək.

Qeyd edək ki, ötən mövsümün finalçıları turnirə yarımfinal mərhələsindən başlayacaqlar.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
36
2
icma.az

10Mənbələr