RU

Bakıda bəzi ərazilər dövlət özəl tərəfdaşlığı modeli çərçivəsində yenidən qurulacaq

Missiya.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

 Bakıda Böyükşor gölü ətrafında, Heydər Əliyev və Ziya Bünyadov prospektləri arasında yerləşən ərazilərinin, Heydər Əliyev adına Neft Emalı Zavodu ətrafında olan ərazilərinin dövlət-özəl tərəfdaşlığı modeli çərçivəsində razılaşdırılmış konseptual layihələr əsasında yenidən qurulması nəzərdə tutulur.

Missiya.Az xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun imzaladığı sərəncamda öz əksini tapıb. 

Sərəncama əsasən, Bakı şəhərinin sosial-iqtisadi inkişafı istiqamətində strateji əhəmiyyətli şəhərsalma təşəbbüslərinin dəstəklənməsi üzrə İşçi qrupu yaradılıb. Sözügedən işlərin həyata keçirilməsi üçün investisiya qoyuluşuna zəruri şərait yaradılmasını, həmin layihələr üzrə investisiya müqavilələrinin şərtlərinin razılaşdırılmasını və digər zəruri tədbirlərin görülməsini təmin etmək İşçi qrupuna həvalə edilib. 

Məqsəd Bakı şəhərində dayanıqlı və inkluziv şəhər inkişafını təmin edən müasir şəhərsalma təşəbbüslərinə, o cümlədən çoxmərkəzli şəhər və şəhər içində şəhər konsepsiyalarına əsaslanan layihələrə (şəhərsalma investisiya layihələri) investisiyaların cəlb edilməsi, bu növ layihələrin həyata keçirilməsi niyyətini bildirmiş investorlara layihələrin reallaşdırılmasına aidiyyəti dövlət orqanları (qurumları) tərəfindən dəstək göstərilməsi və onun müvafiq institusional çərçivə vasitəsilə əlaqələndirilməsidir. 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
46
12
missiya.az

10Источники