RU

Azərbaycana idxal edilən avtomobillərin sayı artıb

BAKI, 15 sentyabr. TELEQRAF

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 1 milyard 381 milyon 385.74 min ABŞ dollar dəyərində 74 481 ədəd avtomobil idxal edib.

Teleqraf Dövlət Gömrük Komitəsinin açıqladığı hesabata əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 26,4 faiz artıb.

Ölkəyə gətirilən avtomobillərin 68 295 ədədi əsasən adam daşımaq üçün nəzərdə tutulan minik avtomobilləri olub. Bundan 11 531 ədədi elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.

Qeyd edək ki, 2024-cü ilin müvafiq dövründə ölkəyə 58 939 ədəd avtomobil idxal olunmuşdu.

Избранный
19
teleqraf.com

1Источники