RU

Avropanın Rusiya planı: Türkiyəni inandıra bilmirlər

ABŞ prezidenti Donald Trampın NATO və Aİ ölkələrinə çağırışından sonra Avropa İttifaqı Türkiyəni Rusiya təbii ehtiyatlarının idxalını dayandırmağa razı sala bilməyib.

Publika.az xəbər verir ki, bu barədə “Politico” yazıb.

“Aİ üzvü olmayan Türkiyəni mövqeyini dəyişməyə məcbur etmək üçün Brüsselin edə biləcəyi çox az şey var”, - məqalədə deyilir.

Bundan əvvəl Tramp NATO ölkələrinin Vaşinqtonun təşəbbüsünə qoşulacağı və Rusiya neftinin idxalından imtina edəcəyi təqdirdə Moskvaya qarşı sərt sanksiyalar tətbiq etməyə hazır olduğunu bildirmişdi.

Избранный
12
publika.az

1Источники