RU

“Elmin maliyyələşməsi: Azərbaycan üçün çağırışlar” kitabı nəşr olunub

Xalq qazeti saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun bir qrup tanınmış aliminin tədqiqatlarının nəticəsi olaraq "Elmin maliyyələşməsi: Azərbaycan üçün çağırışlar” kitabı çap olunub. Elmin maliyyələşməsi mexanizminin təkmilləşdirilməsi üzrə təklif və tövsiyələrin hazırlanması elmi-tədqiqat işi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin sifarişi əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İqtisadiyyat Institutunda yerinə yetirilmişdir. 

Tədqiqatın rəhbəri iqtisad elmləri doktoru (i.e.d.), professor Nazim Müzəffərlidir. Tədqiqat qrupuna iqtisad üzrə fəlsəfə doktoru (i.f.d.), dosent Allahyar Muradov, i.e.d., professor Rəsmiyyə Abdullayeva, i.f.d., dosent Azər Mehtiyev, i.f.d., dosent Tariyel Qurbanov, i.f.d., Firdovsi Şahbazov, doktorant Aysel Aşırılı daxildir. 

Kitabda elmin maliyyələşdirilməsi ilə bağlı dünya təcrübəsi araşdırılmış, statistik məlumatlar və ekspert sorğuları əsasında elmi fəaliyyətin maliyyələşməsi və dövlət tənzimlənməsi sahəsində mövcud vəziyyət təhlil edilərək qiymətləndirilmişdir. Tədqiqatda həm dövlət vəsaitləri hesabına maliyyələşmə mexanizminin təkmilləşdirilməsi, həm də digər mənbələrin elmin maliyyələşdirilməsinə cəlb olunması imkanları ilə bağlı təklif və tövsiyələr irəli sürülmüşdür.

Müəlliflər ümid edirlər ki, tədqiqatın nəticələri Azərbaycanda elmin dövlət maliyyələşdirilməsi mexanizminin təkmilləşdirilməsinə, eləcə də biznes sektorunun elmin inkişafında daha fəal iştirakına töhfə verəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
12
4
xalqqazeti.az

5Источники