RU

Lamiyə Şahməmmədova: Azərbaycan Qran prisi üçün rekord sayda könüllü seçilib

Idman.biz portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Yarış üçün ümumilikdə 31 min nəfər könüllü olmaq üçün qeydiyyatdan keçib".

İdman.biz xəbər verir ki, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İnsan resursları üzrə baş meneceri Lamiyə Şahməmmədova jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, mərkəzdə 140-dan çox könüllü çalışır: “Sentyabrın 3-dən etibarən Milli Gimnastika Arenasında Uniforma və Akkreditasiya Mərkəzi fəaliyyət göstərməkdədir. Yarış üçün ümumilikdə 31 min nəfər könüllü olmaq üçün qeydiyyatdan keçib. Onlardan 16 mini müsahibəyə çağırılıb və 2 minə yaxını Bakıdakı yarış üçün seçilib. Bu da rekord göstərici hesab olunur".

Qeyd edək ki, Azərbaycan Qran-prisi 19-21 sentyabr aralığında keçiriləcək.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
80
2
icma.az

3Источники