RU

Azərbaycan NATO tərəfdaşlığı müzakirə olundu FOTO

ain.az, GlobalInfo saytına istinadən bildirir.

Azərbaycan və NATO arasında tərəfdaşlığın gələcək inkişafı müzakirə olunub.  

Globalinfo.az xəbər verir ki, bu müzakirə İsveçin Azərbaycandakı səfiri Tobias Lorentsson və Slovakiyanın Azərbaycandakı səfiri Elçin Qasımov Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşü çərçivəsində baş tutub.

İsveçin Azərbaycandakı səfirliyinin yaydığı məlumata görə, görüş zmaanı regional məsələlərə də diqqət çəkilib:

“Bu faydalı müzakirəyə görə Azərbaycan Respublikası Prezidentinin köməkçisi cənab Hikmət Hacıyevə dərin təşəkkürümüzü bildiririk. 2025-2026-cı illər ərzində Slovakiya və İsveçin Bakıdakı səfirlikləri NATO-nun Azərbaycandakı Əlaqə Nöqtəsi Səfirlikləri rolunu yerinə yetirir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
27
5
globalinfo.az

6Источники