RU

MSK üzvləri Gürcüstanda yerli seçkiləri müşahidə edəcəklər

TBİLİSİ, 15 sentyabr. TELEQRAF

Azərbaycanın Mərkəzi Seçki Komissiyasının (MSK) nümayəndələri oktyabrın 4-də Gürcüstanda keçiriləcək yerli özünüidarəetmə orqanlarına seçkiləri müşahidə edəcəklər.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan MSK-nın qeydiyyata aldığı beynəlxalq müşahidəçilərin siyahısından məlum olur.

Azərbaycan MSK-nın iki üzvü beynəlxalq müşahidəçi kimi artıq qeydiyyata alınıb.

Qeyd edək ki, Gürcüstanda bu günədək səsvermə prosesini izləmək üçün 23 beynəlxalq seçki müşahidə təşkilatı qeydiyyatdan keçib.

Xatırladaq ki, qonşu ölkədə yerli seçkilərdə Tbilisi də daxil olmaqla 64 şəhər və rayon üzrə mer və sakrebulolara (məşvərətçi orqanlar) deputatlar seçiləcək. Səsvermənin təşkili üçün ölkə üzrə artıq 3 051 seçki məntəqəsi yaradılıb. Seçkilərdə 12 siyasi partiya iştirak edəcək.

Избранный
9
1
teleqraf.com

3Источники