RU

“Tesla”nın 2 milyondan çox səhmini aldı

Amerikalı sahibkar İlon Mask sahibi olduğu “Tesla” şirkətinin 2 milyondan çox səhmini alıb.

News365.az xarici mediaya istinadən xəbər verir ki, milyarder dəyəri 371 dollardan 396 dollara qədər olan səhmləri “Elon Musk Revocable Trust” fondu vasitəsilə əldə edib. 

Səhm alışının ümumi dəyəri 1 milyard dollar təşkil edib.

Bununla da, Mask “Tesla”nın 413 milyon səhminə sahibdir.

Избранный
22
1
news365.az

2Источники