RU

8 ayda 23,7 min hibrid avtomobil gətirildi, qiymətlər kəskin endi - RƏQƏMLƏR

Bu ilin ilk 8 ayında Azərbaycana 733 milyon dollar dəyərində 37 min 183 ədəd hibrid mühərrikli avtomobil idxal edilib.

FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

2024-cü ilin eyni dövrü ilə müqayisədə hibrid avtomobillərin idxalı dəyər ifadəsi ilə 345,2 milyon dollar və ya 89%, miqdar ifadəsi ilə isə 23 min 679 ədəd və ya 175,3% (2,7 dəfə) artıb.

Ötən ilin eyni dövründə xaricdən 387,9 milyon dollar dəyərində 13 min 504 ədəd hibrid avtomobil gətirilmişdi.

1 ədəd hibrid avtomobilin orta idxal qiyməti 2025-ci ilin 8 ayının nəticələrinə görə orta hesabla 19 min 715 dollar (33 min 516 manat) olub ki, bu da son bir ildə 9 min 35 dollar (15 min 360 manat) və ya 31,4% ucuzlaşma deməkdir.

2024-cü ilin yanvar-avqust aylarında isə 1 ədəd hibrid avtomobilin orta idxal qiyməti 28 min 750 dollar (48 min 875 manat) olub.

Избранный
30
fed.az

1Источники