RU

Zaur Axundov bu qədər bahalı transferlər edib ki…

Keçənilki tarix təkrarlanır yenə. «Araz-Naxçıvan» ötən sezon olduğu kimi, növbəti «futbol ili»nə də yaxşı başlayıb.

Niyə başlamasınlar, hazırkı heyətləri əvvəlkindən xeyli güclü, bahalı və genişdir. A

llah Zaur Axundova dəyməsin, gül kimi şərait yaradıb komandaya. Buradakıların hamısı gündə 5 dəfə əyilib-qalxsın, onun canına dua eləsin.

Kişi həqiqətən böyüklər işlər görüb və görür «Araz» üçün.

Top Elmar Baxşıyevdədir indi. Gərək rəhbərinin qədrini bilsin, işinə daha çox diqqət ayırsın. Düzdür, komanda qələbə qazanır və vəziyyət nəzarətdədir kimi görünə bilər, ancaq…

Baxşıyevin futbolçulara təsiri, oyuna toxunuşu zəifləyib. Güman edirəm ki, bunu özündən soruşsam, danmaz.

Nə üçün dansın axı: kor kor, gör gör!

«Kəpəz»dən 3 xalı komanda olaraq qoparmadılar.

İki-üç nəfərin fərdi ustalığı və rəqibin müdafiədə yol verdiyi boşluqlar bu nəticəni «Araz»a qazandırdı. «Aris»lə matçlardakı o dəst-xətt, üslub, oyun intizamı, həvəs, istək, yanğı var idi ha, bax, itib yenə.

Axundov külli miqdarda vəsait xərcləyərək ona səviyyəli legioner alıb, gəl ki, Baxşıyev nə edəcəyini bilmir sanki.

Bildikləri də yadından çıxıb, elə bil. Başqa iş-gücümü var, ya nədir, komandaya ayırmağa vaxt tapmır, deyəsən.

ELNUR

Избранный
10
sportinfo.az

1Источники