Barəsində cinayət işi başladılan iş adamı Vüsal Abbasov həbs edilib.
“Qafqazinfo”nun məlumatına görə, Xətai Rayon Məhkəməsi prokurorun təqdimatı əsasında belə qərar çıxarıb.
“Vüsal 300” kimi tanınan iş adamı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Xətai Rayon Prokurorluğunda aparılan istintaq çərçivəsində V. Abbasovun ofislərindən qızıl-zinət əşyaları, avtomobillər maddi sübut kimi götürülüb. Ona qarşı Cinayət Məcəlləsinin 192.3.2-ci (qanunsuz sahibkarlıq- xüsusi külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib.
Qeyd edək ki, “Vüsal 300” Bakıda ən bahalı maşınların icarədarı kimi tanınır. Bir çox tanınmış müğənnilərin avtomobilləri məhz ona məxsusdur.