RU

Ermənistanın “Ağrı dağı” qərarının PƏRDƏARXASI: Paşinyanın bu addımı nəyə hesablanıb?

Ermənistan hökuməti ölkəyə giriş-çıxış zamanı pasportlara vurulan viza möhürlərindən Ağrı dağının təsvirini çıxarmaq qərarı verib. Bəs, bu dəyişiklik Ermənistanın regiondakı diplomatik mövqeyinə necə təsir göstərə bilər?

NOCOMMENT.az bildirir ki, mövzunu KONKRET.az-a şərh edən politoloq Rizvan Hüseynov bildirib ki, bu addım Ermənistanın regiondakı diplomatik mövqeyinə müsbət təsir edə bilər:

Bakı

“Əslində çox gözəl təşəbbüsdür. Ermənistan hakimiyyəti başqa ölkələrə olan ərazi iddiasını geri çəkir. Ağrı dağı onlar üçün əsas simvol idi. Onun yığışdırılması göstərir ki, Ermənistan hakimiyyəti istər Türkiyə, istərsə də Azərbaycanla münasibətlərin düzəlməsinin ərazi iddialarından əl çəkməklə mümkün olacağını anlayır. Bu simvollar Ermənistanın dövlət qurumlarında və rəsmi atributlarında da yer alır”.

Politoloqun sözlərinə görə, əsas ümid odur ki, Baş nazir Nikol Paşinyan hökuməti bu prosesi sona qədər davam etdirə bilsin.

Избранный
21
2
nocomment.az

3Источники