RU

Zərdabda idarəetmədən çıxan “Opel” dərəyə yuvarlandı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Culfa-Ordubad magistral avtomobil yolunda yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub. FHN-in Mətbuat xidmətindən Avtosfer.az-a verilən xəbərə görə, məlumatla əlaqədar hadisə yerinə dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə idarəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Hyundai” markalı minik avtomobilinin yoldan çıxaraq aşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib və sürücü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb. Xilasedicilər xüsusi vasitələrin köməyi ilə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1997-ci il təvəllüdlü Dünyamalıyev Kənan Musa oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Culfa-Ordubad

Culfa-Ordubad

Culfa-Ordubad

Culfa-Ordubad

Culfa-Ordubad

Избранный
9
7
avtosfer.az

6Источники