RU

ABŞ və Avropa Rusiyayla ticarətdən milyardlarla dollar qazanır

Ukraynada müharibənin genişmiqyaslı başlamasından üç ildən çox vaxt keçməsinə baxmayaraq, ABŞ və Avropa İttifaqı Rusiyadan milyardlarla dollar dəyərində enerji və məhsul idxal etməyə davam edir. Siyahıya mayeləşdirilmiş təbii qaz, zənginləşdirilmiş uran və digər resurslar daxildir.

Ölkə.Az "Reuters"ə istinadən xəbər verir ki, Eurostat-ın rəqəmlərinə əsasən, idxal-ixrac məhdudiyyətlərinin tətbiqindən sonra 2022-ci ilin birinci rübündən 2025-ci ilin ikinci rübünə qədər Aİ-nin Rusiyaya ixracı 61%, Rusiyadan idxalı isə 89% azalıb.

Buna baxmayaraq, Aİ hələ də Rusiyadan neft, nikel, təbii qaz, gübrə, dəmir və polad alır.

Ümumi ticarət dövriyyəsi 14,5 milyard avro təşkil edib. Bunun 7 milyard avrosu idxal, 7,5 milyard avrosu isə ixrac olub və nəticədə 0,5 milyard avro müsbət ticarət saldosu yaranıb.

ABŞ-nin Rusiyadan idxalı 2021-ci ilin birinci yarısında 14,1 milyard dollardan 2025-ci ilin birinci yarısında 2,5 milyard dollara düşüb. 2022-ci ilin yanvarından bəri ABŞ Rusiyadan ümumilikdə 24,5 milyard dollarlıq məhsul idxal edib.

  • Rusiyanın Aİ-yə neft ixracında payı 2021-ci ildə 28,74%-dən 2025-ci ildə 2,01%-ə enib. İdxal həcmi də 2021-ci ilin birinci rübündə 29%-dən 2025-ci ilin ikinci rübündə 2%-ə düşüb.

  • Rusiyanın Aİ-yə qaz tədarükündə payı 2021-ci ilin birinci rübündə 48%-dən 2025-ci ilin ikinci rübündə 12%-ə enib. Eyni zamanda, Norveçdən idxal 10%, Əlcəzairdən isə 2% artaraq Aİ-nin ən böyük qaz təchizatçısı olub. Rusiya isə hələ də Macarıstana və Bolqarıstana TurkStream kəməri ilə qaz ötürür.

  • Rusiyanın Aİ-yə LNG (mayeləşdirilmiş qaz) ixracındakı payı 2021-ci ilin birinci rübündə 22%-dən 2025-ci ilin ikinci rübündə 14%-ə enib. ABŞ isə 54% payla ən iri LNG təchizatçısına çevrilib.

  • Rusiyadan dəmir və polad idxalı son dörd ildə 18%-dən 6%-ə düşüb.

Bununla yanaşı, Rusiya son dörd ildə bazar payını 28%-dən 34%-ə yüksəldərək Aİ-nin 27 ölkəsi üçün ən böyük gübrə tədarükçüsü olaraq qalır. Avropa Parlamenti may ayında Rusiya gübrələrinə qadağanedici tariflərin tətbiqinə səs verib, lakin onlar mərhələli şəkildə qüvvəyə minəcək və bazara təsiri barədə danışmaq hələ tezdir.

Избранный
16
olke.az

1Источники