Vaşinqton administrasiyası və Çin hakimiyyəti Çin sosial şəbəkəsi “TikTok”un ABŞ-də gələcək fəaliyyəti ilə bağlı razılıq əldə edib.
Bu barədə “Reuters” ABŞ-nin maliyyə naziri Skot Bessentə istinadən məlumat yayıb.
Agentlik qeyd edib ki, Bessent bu barədə Madriddə Çin rəsmiləri ilə danışıqlardan sonra açıqlama verib. Nazir qeyd edib ki, tərəflər çərçivə sazişi hazırlayıblar, lakin bu barədə ətraflı məlumat verməyiblər. O əlavə edib ki, ABŞ və Çin yaxın həftələrdə yeni məsləhətləşmələr keçirəcək.
ABŞ Ticarət Nümayəndəsi Ceymison Qrir bildirib ki, müqavilələr “TikTok”un Amerika şirkətinin nəzarətinə keçməsini nəzərdə tutur.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Pekinin “müəyyən bir şirkətlə bağlı razılıq əldə etdiyini” bildirsə də, onun adını açıqlamayıb. \\Yeniavaz.com