Bakı. Trend:
Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 140 illik yubileyivə Milli Musiqi Günü münasibətilə Niderlandın Haaqa şəhərindəAzərbaycan musiqisinin incisi sayılan "Leyli və Məcnun" operasınümayiş olunub.
Trend xəbər verir ki, bu barədə Diasporla İşüzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, tədbir Azərbaycan Respublikasının Diasporla İşüzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycan-Niderland Odlar YurduCəmiyyətinin təşkilatçılığı ilə baş tutub.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib,torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizinəziz xatirəsi yad edilib.
Ölkəmizin Niderlanddakı səfiri Məmməd Əhmədzadə çıxış edərəkAzərbaycan müasir peşəkar musiqi sənətinin banisi ÜzeyirHacıbəylinin milli musiqimizin dünyada tanıdılmasına vəazərbaycançılıq məfkurəsinə verdiyi töhfələrdən danışıb. Bəstəkarındoğulduğu Şuşada yubiley tədbirlərinin keçirilməsinin tarixi vəmənəvi əhəmiyyət daşıdığını qeyd edib, bunun həm də qayıdışımızınrəmzi olduğunu vurğulayıb.
Daha sonra Azərbaycan-Niderland Odlar Yurdu Cəmiyyətinin sədri,musiqiçi Firəngiz Bağırova "Leyli və Məcnun" operasının tarixiəhəmiyyətindən söz açıb. Bu əsərin yalnız Azərbaycanın deyil, bütünŞərq dünyasının ilk operası kimi musiqi tarixində silinməz izlərqoyduğunu deyib.
Tədbirin bədii hissəsində Niderland və Almaniyada yaşayanazərbaycanlı musiqiçilərin ifasında "Leyli və Məcnun" operasındantəqdim olunan parçalar böyük maraqla qarşılanıb. Leyli obrazınıAzərbaycan Dövlət Opera və Balet Teatrının solisti Vüsalə Cabir,Məcnun obrazını isə sənətçi Nəhmətəğa Əliyev canlandırıblar. Onlarıtarda Cavid Səlimov, pianoda isə Səbinə Məmmədova müşayiətedib.
Gecənin sonunda bu tədbirin ərsəyə gəlməsində əməyi olanFirəngiz Bağırovaya, ifaçılara və musiqiçilərə xüsusitəşəkkürnamələr təqdim olunub.