RU

Kobaxidze: Aİ səfiri Gürcüstanda radikallaşmanı gücləndirir

TBİLİSİ, 15 sentyabr. TELEQRAF

“Gürcüstanda konkret səfirlər, təəssüflər olsun ki, Avropa İttifaqının səfiri də radikallaşmanın gücləndirilməsi ilə məşğul olurlar”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

O, bəzi Avropa ölkələrinin səfirlərini gürcü bolşevikləri ilə müqayisə edib.

“Gürcü bolşeviklərinin 100 il öncə necə olduğunu xatırlayırsınız. Biz bu cür proseslərlə üz-üzəyik, onlar Gürcüstan cəmiyyətində parlçalanma yaratmağa çalışırlar. Biz bu cür proseslərə qarşı olan “Şəffaflıq haqqında” qanun qəbul etmişik. Əlbəttə ki, biz ölkəmizi bütün istiqamətlərdə bu cür proseslərdən müdafiə edəcəyik”, - İ.Kobaxidze söyləyib.

Baş nazirin sözlərinə görə, Aİ səfirinin belə proseslərdə iştirakı çox məyusedicidir:

“Bunların hamısı Avropa İttifaqının Gürcüstandakı imicinə mənfi təsir göstərir. Bu, həmçinin müqavimət göstərməli olduğumuz narahatlıq doğuran haldır”.

Qeyd edək ki, Aİ-nin Gürcüstandakı səfiri Pavel Herçenski bu yaxınlarda Quriya bölgəsində müxalifəti təmsil edən fəallarla görüş keçirib.

Избранный
55
teleqraf.com

1Источники