Arap və İslam ölkələri İsrailin BMT-dəki üzvlüyünün müvəqqəti dayandırılması üçün birgə səylərin koordinasiyasına çağırış edib.
Editor.az xəbər verir ki, bu barədə RIA Novosti məlumat yayıb.
Ərəb Dövlətləri Liqası və İslam Əməkdaşlıq Təşkilatı rəhbərləri Dohada keçirilən görüşdə Təl-Əvivin planlarına qarşı mübarizənin vacibliyini vurğulayıblar.
Rəsmi bəyanatda deyilir:
«İsrailin regionda yeni status-kvonu tətbiq etmə planlarına qarşı mübarizənin vacibliyi təsdiqlənir, çünki bu, həm regional, həm də beynəlxalq sabitlik və təhlükəsizliyə birbaşa təhdid təşkil edir».
//Samir Qurbanov, Editor.az