RU

Bakı Metropolitenində qürurverici an FOTOLAR

Gununsesi portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Bakı Metropoliteni” QSC-nin rəhbərliyi qəbul imtahanlarında 600-dən yuxarı bal toplayaraq tələbə adını qazanmış metropolitençi övladları ilə görüşüb.

Gununsesi.info xəbər verir ki, Metropolitenin sədri Vüsal Aslanov gəncləri təbrik edərək onlara gələcək təhsil həyatlarında uğurlar arzulayıb. Sədr qeyd edib ki, bu nailiyyət gənclərin əzmkarlığının, ailələrinin onlara olan xüsusi diqqət və dəstəyinin bariz göstəricisidir.

Sonra tələbələrin seçdikləri ixtisas üzrə təhsil və karyera perspektivləri ətrafında müzakirə aparılıb, onlara simvolik hədiyyələr təqdim edilib və xatirə şəkli çəkdirilib.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
17
icma.az

1Источники