RU

İtaliyanın müdafiə naziri: Rusiya və digər ölkələrin hücumuna hazır deyilik

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Roma, 16 sentyabr, AZƏRTAC

“İtaliya Rusiya və digər ölkələrin hücumuna hazır deyil”.

AZƏRTAC xəbər verir ki, bunu İtaliyanın müdafiə naziri Quido Krosetto deyib.

Nazir Rusiya tərəfindən Polşanın hava məkanının pozulması, eləcə də Ukrayna müharibəsində təxribatların artması fonunda həm hökumət daxilində, həm də xaricində silahlanmaya daha tez hərəkət etmək çağırışı edib.

“İtaliyanı özünümüdafiə vəziyyətinə salmalıyıq. Siqnal yeni deyil. Həftələr keçdikcə onun real ola bilmə riski artır. Biz nə Rusiyanın hücumuna, nə də başqa ölkənin hücumuna hazır deyilik. Düşünürəm ki, kimsə bizə hücum etmək qərarına gəlsə, özünümüdafiə vəziyyətinə keçməliyik. Biz hazır deyilik. Son 20 ildə müdafiəyə çox da sərmayə qoyulmayıb”, - deyə Quido Krosetto qeyd edib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
35
2
azertag.az

3Источники