RU

Yuxularımızı izləmək artıq xəyal olmaya bilər

Yaponiyanın Kyoto şəhərində alimlər süni intellekt və beyin görüntüləmə texnologiyalarını birləşdirərək böyük bir uğura imza atıblar. Onlar yuxuların vizual məzmununu təxminən 70 faiz dəqiqliklə yenidən yaratmağı bacarıblar.

News24.az xəbər verir ki, ATR Hesablama Sinir Elmləri Laboratoriyasında aparılan təcrübədə könüllülər fMRI və EEG cihazlarına qoşularaq yuxuya verilib. REM yuxusu zamanı oyandırılan şəxslər gördükləri obrazları izah ediblər. Süni intellekt isə həmin təsvirləri beyin siqnalları ilə müqayisə edərək “beyin siqnalı–vizual obraz” lüğəti yaradıb.

Bu texnologiya gələcəkdə depressiya, travmadan sonra yaranan stress və narahatlıq kimi problemlərin müalicəsində mühüm rol oynaya bilər. Amma digər tərəfdən, “Əgər yuxularımız başqaları tərəfindən oxunsa, məxfilik necə qorunacaq?” sualı da ciddi narahatlıq doğurur.

Mütəxəssislər bildirirlər ki, hazırda sistem yalnız fərdi şəkildə işləyir və rəng, hərəkət kimi detalları tam əks etdirmir. Yəni universal bir “yuxu oxuyan cihaz”dan danışmaq hələ tezdir.

Buna baxmayaraq, bu təcrübə “oniroqrafiya” adlanan yeni bir elmi sahənin əsasını qoyub. Gecə gördüyümüz yuxunu səhər oyananda film kimi izləmək ehtimalı artıq elmi gerçəkliyə daha da yaxınlaşıb.

Xeyrənsə

Избранный
152
1
news24.az

2Источники