RU

Çarli Kirkin ölümündən sonra “Antifa” hərəkatı ABŞ-da terror təşkilatı kimi tanına bilər

Vaşinqton, 16 sentyabr, AZƏRTAC

Siyasi fəal Çarli Kirkin ölümündən sonra ABŞ-da yerli “Antifa” hərəkatı terror təşkilatı kimi tanına bilər. AZƏRTAC-ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalistlərin sualına cavabında deyib. O, ictimai dəstək olarsa, bu addımı ata biləcəyini təsdiqləyib.

Qeyd edək ki, ABŞ mediası Çarli Kirkin öldürülməsində istifadə olunduğu ehtimal olunan silahın içərisindən “Antifa” hərəkatının şüarları həkk olunmuş güllələrin tapıldığını yazıb.

 
Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

 

Избранный
45
3
azertag.az

4Источники