RU

Yeni "iPhone 17" smartfonlarında ciddi çatışmazlıq aşkar edildi

Avropa İttifaqının (Aİ) bu ilin iyunundan tətbiq etdiyi yeni qaydalara əsasən, bazarda satılan bütün smartfonlar standartlaşdırılmış testlərdən keçməlidir. Məqsəd alıcılara cihazların davamlılığı, batareya ömrü və təmir imkanları barədə daha şəffaf məlumat təqdim etməkdir.

Milli.Az xəbər verir ki, lakin yeni prosedurlar ilk nəticələrlə yanaşı müzakirələrə də səbəb olub. Ən çox narazılıq bildirən şirkətlərdən biri isə "Apple"dır.

Testlər göstərib ki, "iPhone 17 Pro Max" sərbəst düşmə sınaqlarında B sinfi reytinqi alaraq, əsas rəqibləri - "Samsung Galaxy S25 Ultra" və "Google Pixel 10 Pro XL"dən geri qalıb. Belə ki, "iPhone 180" dəfə yıxılmaya tab gətirə bildiyi halda, "Galaxy" və "Pixel 270" dəfə sərbəst düşməni davam gətirib və A sinfi ilə qiymətləndirilib.

Təmir imkanlarında isə "iPhone" yalnız C sinfi reytinqi qazanıb. Bu göstərici "Galaxy" ilə eyni olsa da, Pixelin B sinfi səviyyəsindən geri qalır.

"Apple" test metodologiyasını tənqid edərək bildirir ki, "sərbəst düşmə" və "yıxılma" anlayışları aydın müəyyənləşdirilməyib və nəticələrin təkrarlanması çətindir. Şirkət həmçinin nümunə ölçüsünün çox kiçik - cəmi 5 cihaz olduğunu, halbuki sınaqlar üçün ən azı 30 cihazdan istifadə edilməsinin daha doğru olacağını iddia edir. Bu mövzuda Apple 44 səhifəlik hesabat da dərc edib.

Fidan
Milli.Az

Избранный
20
2
milli.az

10Источники