RU

Azərbaycanda vergi yükü optimallaşdırılacaq

BAKI, 16 sentyabr. TELEQRAF

Azərbaycan hökuməti vergi yükünü optimallaşdıracaq.

Teleqraf xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2026-cı ilin ilkin büdcə göstəricilərinə dair açıqlamasında deyilir.

Qeyd edilib ki, 2026-cı ildə gəlirlər sahəsində həyata keçiriləcək əsas istiqamətlər ölkənin iqtisadi inkişafını sürətləndirmək, rəqabət qabiliyyətini gücləndirmək, investisiya mühitini daha cəlbedici etmək məqsədi daşıyır. Bu tədbirlər çərçivəsində vergi yükünün optimallaşdırılması, sahibkarlığın dəstəklənməsi və strateji sahələrə investisiyaların təşviqi və vergi və gömrük inzibatçılığı mexanizmlərinin təkmilləşdirilməsi kimi addımlar planlaşdırılır.

Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 30 may tarixli Sərəncamına uyğun olaraq “Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın layihəsinin hazırlanması prosesində ölkəmizdə mövcud vəziyyət, hədəf göstəriciləri, məqsədlərin reallaşdırılması üzrə həyata keçiriləcək konkret tədbirlər, əldə ediləcək nəticələr və tələb olunan resursların təsviri göstərilməklə “Ortamüddətli dövr üzrə vergi və gömrük siyasətinə dair hədəflər”in müəyyən edilməsi istiqamətində işlər aparılır.

Qeyd olunanlar nəzərə alınmaqla, 2026-cı il üzrə gəlir siyasətinin əsas istiqamətləri aşağıdakıları nəzərdə tutur:

- Sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və vergi yükünün azaldılması;

- Əlverişli investisiya mühitinin yaradılması;

- Vergi və gömrük sahəsində inzibatçılığın təkmilləşdirilməsi.

Избранный
14
6
teleqraf.com

7Источники