"Benfika”nın baş məşqçisi Brunu Laje Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda “Qarabağ”a qarşı keçirəcəkləri matçdan danışıb.
Sportinfo.az xəbər verir ki, o, mətbuat konfransında qələbə qazanmaq istədiklərini bildirib:
“Biz evdə oynayırıq və möhtəşəm gecə keçirmək istəyirik. Biz meydanda taktikamızı rəqibə görə dəyişirik.
Bu dəfə evdə “Santa Klara” ilə 1:1-lik heç-heçə etdiyimiz matçdan fərqli oynayacağıq.
“Qarabağ” fərqli sistemdə çıxış edən komandadır. “Befnika” bu matçın favoritidir. Biz hər oyunda qalib gəlməliyik”.
“Benfika” – “Qarabağ” matçı bu gün Bakı vaxtı ilə 23:00-da başlayacaq.