2026-cı ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 201 milyon manatının və yaxud 0,5 %-nin vergi orqanlarının xətti ilə toplanan sair daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır.
Musavat.com bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 2,7 dəfə çoxdur.
Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 38 milyard 423 milyon manat, xərclərinin isə 41 milyard 548,6 milyon manat olacağı gözlənilir.