RU

Rusiyada azərbaycanlılarla qarşılaşan türkiyəli bloqerin sevinci -VİDEO

Rusiyada səyahətdə olan türkiyəli bloqer maraqlı anlar yaşayıb.

Milli.Az xəbər verir ki, o, küçədə gəzərkən azərbaycanlılarla rastlaşıb və bu hadisə onu olduqca sevindirib. Bloqer sosial şəbəkədə paylaşdığı videoda həmin anları izləyiciləri ilə bölüşüb.

O, azərbaycanlılarla səmimi söhbət etdiyini, onların mehribanlığından təsirləndiyini bildirib. Bloqerin sözlərinə görə, başqa ölkədə doğma dili eşitmək və özünü yaxın insanlar arasında hiss etmək ona xoşbəxtlik yaşadıb.

Paylaşım qısa müddətdə izləyicilər tərəfindən böyük maraqla qarşılanıb. Rəylərdə həm Türkiyə, həm də Azərbaycan istifadəçiləri bu dostluq və səmimiyyəti yüksək qiymətləndiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
9
2
olaylar.az

10Источники