RU

İsrail Qəzzanı ələ keçirmək üçün əməliyyata başladı Video

ain.az bildirir, Axar.az saytına əsaslanaraq.

İsrail Qəzzaya nəzarəti ələ keçirmək məqsədilə hücuma başlayıb.

Axar.az xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, İsrail qüvvələrinin həyata keçirdiyi quru hücumu 15 sentyabrda başlayıb.

"Axios" vurğulayır ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası "İsrailə mane olmaq niyyətində deyil və münaqişə ilə bağlı qərarları onun özünə buraxacaq".

Portalın mənbələri bildiriblər ki, ABŞ Dövlət katibi Marko Rubio İsrailin Baş naziri Binyamin Netanyahuyla görüşdə Vaşinqtonun "quru əməliyyatı dəstəklədiyini, lakin onun tez və mümkün qədər qısa müddətdə başa çatmasını gözlədiyini" bildirib.

Netanyahu 8 sentyabrda bəyan etmişdi ki, İsrail ordusu yaxın günlərdə Qəzzaya genişmiqyaslı hücuma başlayacaq və bu səbəbdən yerli sakinlər şəhəri dərhal tərk etməlidirlər. Daha əvvəl İsrail, Qəzza anklavında tam nəzarət qurmaq və HƏMAS-ı tam məhv etmək məqsədilə genişmiqyaslı hücum əməliyyatı planlaşdırdığını açıqlamışdı. Hücum planları avqust ayının sonunda Netanyahu tərəfindən təsdiqlənmişdi.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
20
6
axar.az

7Источники