Gələn il üçün dövlət büdcəsinin əsas xərc istiqamətləri açıqlanıb.
Far.Az xəbər verir ki, bu, Maliyyə Nazirliyinin "Azərbaycan Respublikasının 2026-cı ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama"sında əksini tapıb.
Qeyd edilib ki, dövlət büdcəsinin əsas xərc istiqamətləri büdcə siyasəti qarşısında dayanan çağırışlar və sosial-iqtisadi hədəflər əsas götürülməklə müəyyənləşdirilib. Ümumilikdə, 2026-2029-cu illərdə dövlət büdcəsi xərcləri dövlətin əsas funksiyalarının maliyyələşdirilməsinin təmin edilməsinə yönəldiləcək.
Dövlət büdcəsinin əsas xərc istiqamətləri büdcə siyasəti qarşısında dayanan çağırışlar və sosial-iqtisadi hədəflər əsas götürülməklə ortamüddətli resurs zərfinə uyğun olaraq Milli Xərc Prioritetləri əsasında müəyyənləşdirilib. Belə ki, 2026-2029-cu illərdə dövlət büdcəsi xərcləri dövlətin əsas funksiyalarının maliyyələşdirilməsinin təmin edilməsinə yönəldiləcək. Ümumilikdə, ortamüddətli dövrdə dövlət büdcəsinin əsas xərc istiqamətləri aşağıdakılardır:
- ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, o cümlədən ölkə sərhədlərinin bərpası və toxunulmazlığının təmin edilməsi, ordunun maddi-texniki təchizatının müasirləşdirilməsi, ərazilərin minalardan təmizlənməsi, hərbçilərin sosial təminatının və xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində kompleks tədbirlərin və layihələrin icrası;
- iqtisadiyyata dövlət büdcəsindən birbaşa və dolayısilə dövlət öhdəlikləri, dövlət sifarişi, subsidiya, subvensiya və dotasiya formasında maliyyə dəstəyinin davam etdirilməsi;
- əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi;
- əməkhaqqı sisteminin təkmilləşdirilməsi;
- müdafiə olunan xərclərin, o cümlədən əməyin ödənişi, pensiyalar, müavinətlər, təqaüdlər və digər sosial ödənişlər ilə bağlı xərclərin maliyyə təminatı;
- dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulmuş dövlət proqram və tədbirlərin maliyyə təminatı.
Qeyd edilib ki, 2026-cı il və növbəti üç ili əhatə edən ortamüddətli dövr üzrə büdcə siyasətinin məqsəd, istiqamət və hədəfləri bir sıra çağırışlar nəzərə alınmaqla müəyyən edilib. Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər və onun əsasında hazırlanan 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası, onların 2027-2030-cu illəri əhatə edən növbəti mərhələsi, eləcə də ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi əsas aktual çağırışlar hesab olunur.
Qeyd olunanlarla yanaşı iqtisadiyyatın digər sahələri üzrə qəbul edilmiş strategiya və dövlət proqramlarının icrası üçün maliyyə təminatının yaradılması ortamüddətli büdcə siyasətinin əsas məqsədlərinə aiddir. 2026-2029-cu illərdə büdcə siyasətinin aşağıdakı istiqamətlərdə həyata keçirilməsi nəzərdə tutulur.