RU

“Qarabağ” Liqa mərhələsində ilk oyununa çıxacaq

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk oyununa bu gün çıxacaq. Metbuat.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Portuqaliyada "Benfika"nın qonağı olacaq.Qarşılaşma "Eştadiu da Luş" stadionunda, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Görüşün baş hakimi belçikalı FIFA referisi Erik Lambrexts olacaq.UEFA Çempionlar LiqasıLiqa mərhələsi I tur16 sentyabr23:00. "Benfika" (Portuqaliya) - "Qarabağ" (Azərbaycan)Baş hakim: Erik Lambrexts.Lissabon, "Eştadiu da Luş" stadionu

Qeyd edək ki, Azərbaycan çempionu II turda, oktyabrın 1-də Bakıda Danimarkanın "Kopenhagen" kollektivini qəbul edəcək.

Избранный
32
6
metbuat.az

10Источники