Bakıda bir sıra küçə və prospektlərdə sıxlıq müşahidə olunur.
Doğru.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət belədir:
1. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində
2. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində
3. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində
4. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində
5. “20 Yanvar” dairəsi
6. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində
7. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində
8. Babək prospekti, mərkəz istiqamətində
9. Mikayıl Müşfiq küçəsi, “Badamdar” dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində
10. Mirzə Qədim İrəvani küçəsi, Koroğlu Rəhimov küçəsi istiqamətində
11. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində
12. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində
13. Aeroport şosesi, “Koroğlu” metro stansiyası istiqamətində
14. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində
15. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində
16. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində
Sürücülərdən alternativ marşrutlardan istifadə etmələri tövsiyə olunur.
DOĞRU.AZ