RU

Qalib pilot kim olacaq?

Bukmekerlər “McLaren”in pilotu Oskar Piastrini qarşıdan gələn Azərbaycan Qran-Prisinin favoriti hesab edirlər.

Bukmekerlər avstraliyalının Bakıda qələbəsini 2,75 əmsalla qiymətləndiriblər. “McLaren”in digər pilotu Lando Norrisin qələbə şansı isə 2,85 əmsala bərabərdir. Bakıda qələbə şansı yüksək olan ilk 5 pilot arasında Maks Ferstappen (“Red Bull”) və “Ferrari”nin hər iki pilotu – Şarl Lekler və Luis Hemilton da var.

Qeyd edək ki, Formula 1 üzrə Azərbaycan Qran-Prisi sentyabrın 19-21-də keçiriləcək.

Qabil YUSİFOĞLU
XQ

Избранный
22
1
xalqqazeti.az

2Источники