RU

Nasaz maşına görə polisə zəng edən qadın sürücü cərimələndi

Bu qəribə əhvalat 2023-cü ildə İsveçrədə baş verib.

Avtosfer.az xəbər verir ki, qadın sürücü gecə saatlarında yolda qalmış avtomobilə kömək etmək istəyib. Məlum olub ki, elektrik sistemində yaranan nasazlığa görə maşın yolda qalıb.

50 yaşlı qadın tərəddüd etmədən polisə zəng edir və digər hərəkət iştirakçılarına təhlükə olmasın deyə öz avtomobilini nasaz avtomobilin arxasına parklamaq istəyir. Qiyamət də bundan qopur. 

Qadın maşını arxaya verəndə polis də hadisə yerinə çatır və ona bu manevrə görə 500 frank (təxminən 500 dollar) cərimə tətbiq edib. İsveçrə qanunvericiliyinə görə, magistralda avtomobillə geriyə hərəkət qadağandır. 

Cərimədən narazı qalan sürücü məhkəməyə müraciət edib. 2 il davam edən çəkişmələrdən sonra məhkəmə qadının xeyrinə qərar verib. Qərarda göstərilir ki, əsaslı sübut və şahidlər olmadığı üçün polisin tətbiq etdiyi cərimə ləğv edilib.

Vüqar Yaşaroğlu

Избранный
22
1
avtosfer.az

2Источники