1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Meksikada mayeləşdirilmiş qaz daşıyan avtosisternin partlaması nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, məlumatı paytaxtın səhiyyə naziri Nadin Qassman açıqlayıb.
Onun sözlərinə görə, hazırda 38 nəfər xəstəxanalarda müalicə alır, onlardan 14-nün vəziyyəti son dərəcə ağırdır.
Xatırladaq ki, bir neçə gün öncə baş verən faciə nəticəsində 20-dən çox avtomobil yanaraq məhv olub, yaxınlıqdakı binalara da ciddi ziyan dəyib.
Hazırda Mexiko prokurorluğu hadisənin səbəblərini araşdırır. İlkin ehtimala görə, qəza sürücünün sürət həddini aşması səbəbindən baş verib.