RU

Dünya və ənənəvi dinlər liderlər Astanada toplaşdı

Yazını böyüt
Yazını kiçilt

Bu gün Qazaxıstanın paytaxtında Dünya və ənənəvi dinlər liderləri Qurultayının Katibliyinin 23-cü iclası keçirilir.

Hafta.az xəbər verir ki, iclasa dünya və ənənəvi dini konfessiyaların liderləri qatılıblar.

Azərbaycanı tədbirdə Qurultayın Katibliyinin daimi üzvü olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə təmsil edir.

Xatırladaq ki, sentyabrın 17-18-də Astanada Dünya və ənənəvi dinlərin liderlərinin VIII Qurultayı keçiriləcək. Forumda dünyanın təqribən 60 ölkəsindən 100-dən çox nümayəndə heyəti aktual məsələləri müzakirə edəcək.

Избранный
30
3
hafta.az

4Источники