RU

Hamı “Qarabağ”ın "Benfika" ilə şanslarının az olmasını deyir

Bu gün Azərbaycanın “Qarabağ” klubu Portuqaliya “Benfika”sı ilə səfərdə oynla futbol üzrə Çempionlar Liqasının əsas mərhələsinə başlayır.

Qurban Qurbanovun komandasının arzuladığı məqsədə gedən yolu asan olmasa da, buna nail olub. İndi onların pley-offa çıxmaq üçün praktiki olaraq heç bir real hədəfləri yoxdur. Daha doğrusu, hər birimiz, xüsusən də klub özü “Qarabağ”ı Çempionlar Liqasının pley-off mərhələsində görməyə şad olardıq, amma buna mütləq nail olmaq kimi bir məqsəd yoxdur, məsələn, bu mərhələyə vəsiqə qazanmaq kimi.

Təbii ki, bütün bunlar o demək deyil ki, “köhlən atlar” oyunu yola vermək üçün meydançaya çıxacaqlar. Belə münasibət ola bilməz. Amma lazımsız təzyiq olmadan oynaya, məsələn, son Avropa mövsümündə görmədiyimiz oyunu göstərə biləcəklər. Nə olursa olsun, “Qarabağ” əsas vəzifəni yerinə yetirdi və indi planetin əsas klub turnirində futboldan həzz ala bilər.

Ağdamlılar Lissabon duelinə heyətdə bir itki ilə yaxınlaşır: Nəriman Axundzadə hələ millidə olarkən zədələnib və 3-4 həftə yaşıl meydanlardan kənarda qalıb. Gənc hücumçu komanda ilə birlikdə Portuqaliyaya getsə də, onun meydana çıxacağını gözləmək əbəsdir. Qalan heyyətə gəldidə, hər kəsin səhhəti yaxşıdır və matça hazırdır. Buna əsaslanaraq, “Qarabağ”ın start heyətinin belə olacağını deyə bilərik:

Mateuş Köxalski, Bəhlul Mustafazadə, Kevin Mediina, Elvin Cəfərquliyev, Mateus Silva, Pedro Bicalho, Marko Yankoviç, Kadi, Leandro Andrade, Abdella Zubir, Musa Qurbanlı.

Bütövlükdə, “köhlən atlar”ın “Benfika” ilə səfərdə uğur qazanmaq şansları kifayət qədər aşağıdır. Amma onlar hələ də mövcuddur. Onların Portuqaliyaya son səfəri uğurla başa çatıb (2023/24 mövsümünün ilk Avropa Liqasının pley-off matçında "Braqa"ya 4:2 hesabı ilə qalib gəliblər). “Benfika”nın tamam başqa səviyyə olduğu aydındır. Ancaq Lissabon komandasının özü də "Santa Klara" ilə son Portuqaliya çempionatı matçında (1:1) göstərdiyi kimi, onlarla oynamaq mümkündür.

“Qarabağ”dan gözləntilər minimum səviyyədədir və indi əsas odur ki, yaxşı oynayıb, öz gücünü nümayiş etdirək. Qurbanov və Ko. buna kifayət qədər qadirdir. İdeal olaraq, əlbəttə ki, biz əla starta başlayıb, sonra isə son keçən Avropa mövsümündəki uğursuz çıxışa unutdurmaq üçün gələcəkdə daha yaxşı nəticələr görmək istərdik.

Çempionlar LiqasıƏsas mərhələ1-ci tur

23:00 BENFİKA (Portuqaliya) - QARABAĞ (Azərbaycan)

Lissabon, Stadio da Luz. Baş hakim – Erik Lambrechts (Belçika).

Benfika (şərti heyət): Anatoli Trubin, Nikolas Otamendi, Antonio Silva, Tomas Araujo, Samuel Dahl, Richard Rios, Enzo Barrenetxea, Frederik Eursnes, Andreas Schjölderup, Vangelis Pavlidis, Franjo İvanovic.

"Qarabağ" (şəxsi heyət): Mateuş Köçalski, Bəhlul Mustafazadə, Kevin Mediina, Elvin Cəfərquliyev, Mateus Silva, Pedro Bicalho, Marko Yankoviç, Kadi, Leandro Andrade, Abdellah Zubir, Musa Qurbanlı

Azerisport

Избранный
25
anspress.com

1Источники