RU

Tramp "The New York Times"a qarşı məhkəmə iddiası qaldırdı:

ABŞ Prezidenti Donald Tramp "The New York Times" qəzetinə qarşı məhkəmə iddiası qaldırıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, ABŞ lideri bu barədə "Truth Social" sosial şəbəkəsində məlumat yayıb.

 

O qeyd edib ki, nəşrə qarşı böhtan və nüfuzdan salma ittihamı ilə məhkəmə iddiası qaldırıb. Trampın sözlərinə görə, bu iddianı qaldırmaq onun üçün "böyük şərəfdir".

 

Tramp qəzeti "sol-radikal Demokrat Partiyasının ruporu" adlandırıb və onu ölkə tarixindəki "ən pis qəzetlərdən biri" kimi xarakterizə edib. Məlumata görə, 15 milyard dollarlıq məhkəmə iddiası Florida ştatında təqdim olunub.

 

Prezident Tramp "The New York Times"ı 2024-cü il prezident seçkilərində onun rəqibi, o zaman vitse-prezident olan Kamala Harrisə açıq dəstək verməkdə və həm özünə, həm də ailə üzvləri ilə yaxın çevrəsinə böhtan atmaqda ittiham edib.

 

Избранный
40
3
senzor.az

10Источники