RU

Estoniya Rusiya sərhədi yaxınlığında tank əleyhinə xəndək tikəcək

Estoniya hakimiyyəti 2027-ci ilə qədər Baltikyanı respublikanın cənub-şərqində Rusiya ilə sərhədə yaxın ərazidə 40 kilometrlik tank əleyhinə xəndəyin tikintisini başa çatdırmaq niyyətindədir.

Bakıvaxtı.az "The Guardian"a istinadən xəbər verir ki, bu barədə Estoniya Müdafiə Qüvvələrinin Baş Qərargahının nümayəndəsi məlumat verib.

Onun sözlərinə görə, bu xəndək Baltikyanı müdafiə xətti adlandırılan xəttin bir hissəsi olacaq:

"Tallin tərəfindən planlaşdırılan müdafiə zonasının ümumi uzunluğu təqribən 100 km, dərinliyi isə Rusiya Federasiyası ilə quru sərhədindən təxminən 40 km olacaq. 2027-ci ilin sonuna kimi 40 km-dən çox tank əleyhinə xəndəyin tikintisini başa çatdırmaq planlaşdırılır. Bundan əlavə, 600-ə yaxın bunker ya artıq ya yerdə tikilməli, ya da planlaşdırılan mövqelərə yaxın yerdə yerləşdirilməlidir".

Gülşən Şərif

Избранный
35
2
bakivaxti.az

3Источники