Bakı-Sumqayıt qatarlarında “Mastercard”a aid bank kartları ilə ödəmə məsələsi bu il həllini tapacaq.
“APA-Economics” xəbər verir ki, bu barədə “Mastercard”ın Azərbaycan üzrə ölkə meneceri Emil Zeynalov mətbuat konfransında deyib.
O bildirib ki, bu məsələ aidiyyəti qurumla müzakirə ediləcək.
Qeyd edək ki, hazırda qatarlarda yalnız “Visa” sistemi olan bank kartları ilə ödəniş mümkündür.