RU

İşğaldan azad olunmuş ərazilərimiz yenidən inkişaf edir- ÖZƏL

"Tarixi missiya uğurla yerinə yetirildikdən sonra Qarabağın və Şərqi Zəngəzurun, işğaldan azad olunmuş ərazilərin bərpası, inkişafı dövlətimiz üçün prioritet məsələlərdəndir. Düşmənin illərlə xarabalığa çevirdiyi şəhər və kəndlərimiz müasir standartlara uyğun yenidən inkişaf edir". "Olaylar" xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib: "Artıq dünya Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa, yenidənqurma işlərinin fonunda Azərbaycanın öz daxili imkanları hesabına necə əzəmətli və nəhəng layihələri həyata keçirdiyinin şahidi olur. 30 il ərzində düşmənin viran qoyduğu torpaqlarımıza hər gün yeni nəfəs verilir, doğma yurd yerlərimiz gülüstana çevrilir. Müasir standartlara cavab verən yollar çəkildi, beynəlxalq hava limanları tikildi. Düşmənin viran etdiyi tarixi, mədəni, dini irsimiz bərpa olunur, "ağıllı kənd" layihəsi həyata keçirilir. İllərlə əsl sahibinə həsrət qalan torpaqlarımızda infrastruktur yenilənir, dədə-baba yurdlarına qayıdan soydaşlarımız üçün dünyanın ən müasir imkanları yaradılır, onların rahat yaşaması, işlə təmin olunması, təhlükəsizliyi, istirahəti üçün hər cür şərait qurulur. İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri bütün dünyaya nümunə olan Qalib Azərbaycanın gücünün, siyasi iradəsinin təqdimatı oldu".
Millət vəkilinin sözlərinə görə, 44 günlük şanlı Vətən müharibəsindəki parlaq zəfərdən sonra yeni tarixi mərhələyə qədəm qoyan Azərbaycanın Müzəffər Ali Baş Komandanı İlham Əliyevin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrinə mütəmadi səfərləri dövlətimizin gücünü, milli birliyini nümayiş etdirir: "Eyni zamanda bu səfərlər bölgədə aparılan bərpa və quruculuq işlərinin, infrastruktur layihələrinin uğurlu gedişinin və məcburi köçkünlərin yüksək əhval-ruhiyyə ilə, toy-bayramla geri dönüşünün təsdiqi olur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
12
olaylar.az

1Источники